“Real Madrid”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının PSV ilə oyunundan əvvəl Arda Gülərlə bağlı qərar verib.

Metbuat.az xəbər verir ki, İspaniya təmsilçisi turnirin 5-ci turunda sabah “Santyaqo Bernabeu” stadionunda Niderland klubunu qəbul edəcək. "Mundo Deportivo" nəşrinin məlumatına görə, portuqaliyalı mütəxəssis Arda Güler və Cud Bellinqemi bu qarşılaşmada ehtiyatda saxlamağı planlaşdırır. Mourinyo hər iki futbolçuya istirahət vermək qərarına gəlib.

“Selta Viqo” ilə son oyunda fərqlənən Vinisius Juniorun isə PSV-yə qarşı start heyətində meydana çıxacağı gözlənilir. Bildirilir ki, baş məşqçi türkiyəli futbolçunu daha vacib qarşılaşmalarda start heyətində oynatmağı düşünür.

Qeyd edək ki, Arda Güler cari mövsüm “Real Madrid”in heyətində 15 rəsmi matçda iştirak edib. O, 944 dəqiqə meydanda olub, 4 qol vurub və 7 məhsuldar ötürmə verib.