“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Barselona” İspaniya La Liqasının XIII turunda “Vilyarreal”ı qəbul edib.

Metbuat.az xəbər verir ki, katalonlar ilk hissəni 0:2 hesabı ilə geridə başa vursalar da, ikinci yarıda üç qol vuraraq 3:2 hesablı qələbə qazanıblar.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran “Barselona” turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı saat 21:45-də başlayacaq.