İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki hərbi bazalarının raket və dronlarla hədəf alındığını bəyan edib.

Metbuat.az xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasını “Tasnim” agentliyi yayıb.

Bəyanatda bildirilir ki, ABŞ dronlarının İranın hava məkanını pozmasından sonra Ər-Rifa və Əvali şəhərlərindəki bazalarda yerləşən “Patriot” hava hücumundan müdafiə sistemlərinə məxsus iki radar SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən hədəfə alınıb.

SEPAH bəyanatında İranın hava məkanının ölkənin silahlı qüvvələri üçün qırmızı xətt olduğunu vurğulayaraq, hər hansı pozuntuya sərt və qəti cavab veriləcəyini bildirib.