İspaniyanın tanınmış tennisçisi Rafael Nadal “Real Madrid” futbol klubunun İdarə Heyətinin üzvü seçilib.

Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı sabiq tennisçi klubun növbədənkənar iclasında keçirilən səsvermədə iştirakçıların 99,5 faizinin dəstəyini qazanıb.

Nadal yeni vəzifəsi ilə bağlı fikirlərini bölüşərkən bunun onun üçün böyük şərəf və məsuliyyət olduğunu bildirib:

“Real Madrid”in İdarə Heyətinin üzvü olmaq böyük məsuliyyətdir. Bu kluba sevgi valideynlərdən övladlara ötürülür və insanları birləşdirir. Mənim üçün bu, ailəm və dostlarımla birlikdə oyunları izləmək imkanı deməkdir. Bu, böyük şərəfdir”.

Qeyd edək ki, Rafael Nadal peşəkar karyerası ərzində 22 dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi olub. O, “Real Madrid”in azarkeşidir. Tennisçinin əmisi Anxel Nadal isə vaxtilə İspaniya millisində və “Barselona”da çıxış edib.