Bakıda Azərbaycan Tibb Universitetinin yataqxanasında bir qadının ölüm faktı qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumata görə, noyabrın 14-də saat 15:00 radələrində Nəsimi rayonu ərazisində yerləşən universitetin yataqxanasından təcili tibbi yardıma çağırış daxil olub. Hadisə yerinə göndərilən briqada bir nəfər qadının həkiməqədər ölüm faktını qeydə alıb.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

APA-nın məlumatına görə, vəfat edən universitetin 17 yaşlı tələbəsidir.

Qeyd edək ki, ölümün səbəbi rəsmi olaraq açıqlanmayıb, xəbər yenilənəcək.