Misli Premyer Liqasının XII turunda “Turan Tovuz” səfərdə “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib.
Metbuat.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüşdə qolları 34-cü dəqiqədə Joarlem Santos, 88-ci dəqiqədə isə İbrahima Vadji vurub.
Bu qələbədən sonra “Turan Tovuz” 24 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 14 xalı olan “Şamaxı” isə yeddinci yerdədir.
Günün digər oyununda “Şəfa” “Qəbələ”ni qəbul edəcək. “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.
Qeyd edək ki, turun ilk oyunlarında “İmişli” “Zirə” ilə 2:2 hesablı heç-heçə edib, “Sabah” isə səfərdə “Sumqayıt”ı 5:1 hesabı ilə məğlub edib. XII tura noyabrın 22-də yekun vurulacaq.