Türkiyə Futbol Federasiyasının verdiyi qərar futbol ictimaiyyətində müzakirələrə səbəb olub.

Metbuat.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki , Türkiyənin Həvəskar Liqası çərçivəsində keçirilməsi nəzərdə tutulan “Çakırköyspor” - “Çal Belediyespor” qarşılaşması 2099-cu il noyabrın 22-nə təxirə salınıb.

Məlumata görə, qarşılaşmanın yeni başlama saatı da 14:01 olaraq göstərilib. Matçın kodu isə 13766-dır.

Qarşılaşmanın tarixinin 2099-cu il kimi qeyd olunması sosial şəbəkələrdə maraqla qarşılanıb. Qərarın texniki səhv nəticəsində verilib-verilmədiyi ilə bağlı isə hələlik rəsmi açıqlama yoxdur.