"Fənərbaxça" prezidenti Aziz Yıldırım "Real Madrid" klubunda çıxış edən Arda Gülerə təbrik məktubu ünvanlayıb.

Metbuat.az "Haber Global"a istinadən xəbər verir ki, futbolçu ilə müqaviləsini 2032-ci ilə qədər uzadan Madrid təmsilçisinin bu qərarı Yıldırım tərəfindən məmnunluqla qarşılanıb. O, məktubunda Arda Gülerin zəhmətini, futbola bağlılığını və əzmini yüksək qiymətləndirib.

Yıldırım futbolçunun həm "Fənərbaxça"da, həm də milli və beynəlxalq arenalarda nümayiş etdirdiyi performansı daim təqdir etdiklərini bildirib. O, Arda Gülərə yeni müqaviləsinin uğurlu olmasını, zədəsiz və nailiyyətlərlə dolu karyera arzulayıb.