Yeni mövsümdə futzal üzrə Azərbaycan Yüksək Liqasında iştirak edəcək komandalar dəqiqləşib.

Metbuat.az xəbər verir ki, turnirdə 10 komanda mübarizə aparacaq.

Bunlar "Araz-Naxçıvan", "Yasamal Bakı", "Rəvan", "Atidel Ordubad", "Şuşa", "Marafon", "Xankəndi", "Baku Fire", "Neftçi İK" və "İmişli" klublarıdır.

1-ci Liqada isə "Baku", "Ulduz", "İçərişəhər", "Star kargo", "Xan Lənkəran", "Timsport", "Baku Fire - 1", "Metropoliten", "Xəzər", "Neftçala" və "Finans" iştirak edəcək.

Xatırladaq ki, ötən mövsüm "Araz-Naxçıvan" ölkə çempionu olub.