Almaniyanın “Borussiya Dortmund” klubu “Qalatasaray”ın futbolçusu Yunus Akgünü transfer etmək istəyir.
Metbuat.az "Haber Global"a istinadən xəbər verir ki, Dortmund təmsilçisi 26 yaşlı sağ cinah oyunçusunu transfer siyahısına daxil edib. Baş məşqçi Niko Kovaçın qış transfer pəncərəsində Yunus Akgünü komandasında görmək istədiyi bildirilir.
Məlumata görə, İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk futbolçunun komandadan ayrılmasına müsbət yanaşmır. Bildirilir ki, 2029-cu ilədək müqaviləsi olan Yunus Akgün də klubdan ayrılmaq istəmir.
Xəbərdə deyilir ki, “Qalatasaray” rəhbərliyi isə yalnız yüksək məbləğdə təklif alacağı təqdirdə transferə razılıq verə bilər.