“Real Madrid”lə müqaviləsini 2032-ci ilədək uzadan Arda Gülerin yeni maaşı bəlli olub.
Metbuat.az xəbər verir ki, İspaniyanın “La Razon” nəşri müstəqil futbol maliyyəsi və maaş bazası “Capology”yə istinadən futbolçunun qazancının iki dəfə artırıldığını yazıb. Məlumata görə, əvvəllər ildə 5,21 milyon avro maaş alan Arda Güler yeni müqavilə ilə 10,42 milyon avro qazanacaq. Bildirilir ki, Ardanın bonuslar da daxil olmaqla illik gəliri 13,02 milyon avroya çata bilər.
Xəbərdə deyilir ki, Türkiyə millisinin üzvünün həftəlik qazancı 200 min avronu ötəcək. Yeni maaşla Arda Gülerin qazancı Yan Diomande, Denzel Damfriz və Ferland Mendinin gəlirləri ilə eyni səviyyəyə yüksəlib.
Qeyd edək ki, “Real Madrid”in baş məşqçisi Joze Mourinyo da müqaviləsini yeniləyən Arda Güler haqqında müsbət fikirlər səsləndirib. O, Ardanın klubda uzun müddət qalmaq istədiyini və müqavilənin uzadılmasının təbii addım olduğunu bildirib.