Horadiz şəhər 3 nömrəli tam orta məktəbdə yeni təyinat olub.

Metbuat.az-ın məlumatına görə, Alim Natiq oğlu Nəcəfov məktəbin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Alim Nəcəfov bu təyinata qədər həmin məktəbdə tarix müəllimi vəzifəsində çalışıb. O, direktorların işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq yeni vəzifəyə təyin olunub.