"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen Avropanın aparıcı klublarının diqqət mərkəzində qalmaqda davam edir.

Metbuat.az xəbər verir ki, "Mançester Yunayted"in yeni baş məşqçisi Maurisio Poçettinonun komanda rəhbərliyi ilə ilk görüşündə hücum xəttinə yeni futbolçu cəlb edilməsini tələb etdiyi bildirilir. Məlumata görə, argentinalı mütəxəssis hücumçu transferi üçün əsas namizəd kimi Osimhenin adını çəkib. Bildirilir ki, "Mançester Yunayted" qış transfer pəncərəsində 27 yaşlı futbolçunu heyətinə qatmaq üçün "Qalatasaray"la danışıqlara başlamağı planlaşdırır. Nigeriyalı hücumçu ilə onun sabiq klubu "Tottenhem" də maraqlanır.

"Sports Mole" nəşrinin məlumatına görə, "Qalatasaray" rəhbərliyi Osimhenlə bağlı gələcək təklifləri qəbul etməmək qərarına gəlib. Futbolçunun maaş tələbi və İstanbul təmsilçisinin transfer məbləğinin "Mançester Yunayted" üçün çətinlik yarada biləcəyi vurğulanır.

Xəbərdə deyilir ki, transfer baş tutmasa, Poçettinonun alternativ namizədləri də var. Bunlar "Benfika"dan Vangelis Pavlidis, Dortmund "Borussiya"sından Seru Girassi və "Əl-Əhli"dən İvan Tonidir.

Foto: "Haber Global"