Səudiyyə Ərəbistanı Pro Liqasının IX turunda "Əl-Əhli" doğma meydanında "Əl-Nəsr"i 3:1 hesabı ilə məğlub edib.
Metbuat.az xəbər verir ki, qarşılaşmada Kriştiano Ronaldo 14-cü dəqiqədə hesabı açıb və karyerasının 986-cı qolunu vurub. Portuqaliyalı ulduz dörd dəqiqə sonra penaltini dəqiq yerinə yetirə bilməyib. İlk hissənin sonunda Venderson Qaleno hesabı bərabərləşdirib, ikinci yarıda isə Ayvan Toni və Rojer İbanyes meydan sahiblərinə qələbə qazandırıblar.
Bu nəticədən sonra 28 xalı olan "Əl-Nəsr" üçüncü, 24 xal toplayan "Əl-Əhli" isə dördüncü pillədə qərarlaşıb.