Azərbaycan Təbabəti Muzeyinin direktoru Sevinc Maniyeva vəfat edib.

Metbuat.az xəbər verir ki, Səhiyyə Nazirliyi Sevinc Maniyevanın vəfatı ilə əlaqədar başsağlığı verib.

Nazirliyin rəhbərliyi və kollektivi mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verərək səbir diləyib.