Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Andorra yığmasına qalib gəlib.

Metbuat.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibini 1:3 hesabı ilə məğlub edib.

***

23:30

Azərbaycan millisi Andorra ilə yoldaşlıq görüşündə hesab arasındakı fərqi artırıb.

Metbuat.az xəbər verir ki, qarşılaşmanın 70-ci dəqiqəsində Toral Bayramov penaltini dəqiq yerinə yetirərək millimizin üçüncü qolunu vurub - 1:3.

***

23:14

Andorra millisi Azərbaycanla yoldaşlıq görüşündə hesab arasındakı fərqi azaldıb.

Metbuat.az xəbər verir ki, qarşılaşmanın 55-ci dəqiqəsində Andorra yığmasının oyunçusu Cucu fərqlənərək hesabı azaldıb - 1:2.

***

23:06

Azərbaycan millisi Andorra ilə yoldaşlıq görüşündə ikinci qolu vurub.

Metbuat.az xəbər verir ki, qarşılaşmanın 47-ci dəqiqəsində Musa Qurbanlı fərqlənərək hesabı 0:2-yə çatdırıb.

***

22:00

Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyununa başlayıb.

Metbuat.az xəbər verir ki, qarşılaşma Andorranın Enkamp şəhərində yerləşən "Nou Estadi de la FAF" stadionunda keçirilir.