ABŞ-də kibercinayətlərlə bağlı daxil olan illik şikayətlərin sayı bir milyondan çox olub.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Kəşfiyyat İdarəsinin direktoru Cey Kleyton CNN-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə FTB-yə təxminən 800 min kiberinsident barədə məlumat daxil olub. Son göstəricilərə əsasən, bu rəqəm bir milyonu ötüb.
Kleyton kibertəhdidlərin real təhlükə olduğunu vurğulamaqla yanaşı, ABŞ-ın kibertəhlükəsizlik sahəsində lider mövqeyini qoruduğunu qeyd edib.