Noyabrın 23-də Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti tibbi-meteoroloji proqnozunda məlumat verilib.

Bildirilib ki, havadakı rütubətin yüksək olması meteohəssas insanlarda ümumi narahatlıq hissi yarada bilər.

Xüsusilə hava dəyişikliklərinə həssas olan şəxslərin özlərini daha diqqətli müşahidə etmələri tövsiyə olunur.