ABŞ Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffris müdafiə naziri Pit Heqsetin vəzifəsindən uzaqlaşdırılmalı olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, o, “The New York Times” qəzetinə müsahibəsində Heqsetin istefa verməli, əks halda impiçment proseduru ilə üzləşməli olduğunu deyib.

Ceffris Pentaqon rəhbərini səlahiyyətlərini aşmaqda və ABŞ-ın milli maraqlarına zərər vurmaqda ittiham edib.