Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, turun son oyununda “Kəpəz” Gəncədə “Qarabağ”la qolsuz heç-heçə edib - 0:0. Bu nəticədən sonra Ağdam klubu 20 xalla dördüncü, “Kəpəz” isə 18 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər matçında “Neftçi” səfərdə “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib. Qustavo Klisman dubl edib, Draqolyub Saviç bir qol vurub. Rüfət Abbasov isə avtoqola imza atıb. “Neftçi” 27 xalla liderliyə yüksəlib, “Araz-Naxçıvan” 4 xalla sonuncu yerdə qalıb.