Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Şilyan kəndi ərazisində qeydə alınıb.
Belə ki, Göyçay rayon sakini Rəsul İsmayılovun idarə etdiyi VAZ-2107 markalı avtomobil kənd istiqamətində hərəkətdə olarkən sürücü qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü və avtomobildə olan 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Hazırda faktla bağlı araşdırma aparılır.