Xaçmaz-Quba avtomobil yolunda iki maşının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Armudpadar kəndi ərazisində qeydə alınıb.

“QAZ-3110” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-21099”da olan sürücü və 6 sərnişin yaralanıb. Onların Xaçmaz rayonunun Əbilyataq kəndindən olan bir ailənin üzvləri - ata, ana və dörd qız övladı olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.