Noyabrın 23-də Xəzər rayonunun Türkan bağlar yaşayış massivində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər başa çatanadək ərazinin qaz təchizatı dayandırılacaq.