Gənclər və idman naziri Fərid Qayıbov IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının üzvü kimi Türkiyənin İstanbul şəhərində keçirilən Komissiyanın görüşündə iştirak edib.

Bu barədə Metbuat.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Görüşdə 2027-ci ilin iyununun 16-dan 27-dək İstanbulda keçiriləcək IV Avropa Oyunlarına hazırlıq işləri müzakirə olunub.