Tehran Vaşinqtonun tələblərini qəbul etməsə, Donald Tramp yeni hərbi hücum əmri verə bilər.
Metbuat.az "Haber Global"a istinadən xəbər verir ki, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi belə açıqlama verib. Səfir bu barədə İsraildə keçirilən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun konfransında danışıb. Onun sözlərinə görə, Tramp ilk növbədə diplomatik həll istəyir. Hakabi qeyd edib ki, ABŞ İranın nüvə silahına və zənginləşdirilmiş urana sahib olmasına qarşıdır. Vaşinqton həmçinin Tehranın Hörmüz boğazına nəzarət etməsini istəmir.
Səfir bu şərtlər qəbul edilməsə, hərbi müdaxilənin yenidən gündəmə gələ biləcəyini deyib. O, Trampın son bir il yarımda iki dəfə hərbi gücdən istifadə etməyə hazır olduğunu göstərdiyini xatırladıb.