Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya düşüb.
Metbuat.az xəbər verir ki, AS-532 tipli helikopter təlim məqsədilə havaya qalxdıqdan qısa müddət sonra qəza edib.
Hadisədən sonra ərazidə helikopterin qalıqları aşkarlanıb. Hazırda qəza yerində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qəzanın başvermə səbəbi, eləcə də ölən və yaralananların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.