İsmayıllıda ağır yol-nəqliyyat qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Topçu kəndi ərazisindən keçən hissəsində olub.

Belə ki, hərəkətdə olan minik avtomobili yol kənarında dayanan traktora çırpılıb.

Zərbənin güclü olması səbəbindən traktor iki hissəyə ayrılıb. Hadisə zamanı ümumilikdə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər təcili tibbi yardım xidmətinə müraciət ediblər. Çağırış əsasında əraziyə gələn təcili tibbi yardım briqadası hər 4 nəfəri İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

İlkin məlumata görə, həkim müayinəsindən sonra xəsarət alan şəxslərə ambulator tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.