Pakistan ilk dəfə kosmosa astronavt göndərib.
Metbuat.az xəbər verir ki, pakistanlı Məhəmməd Zeşan Əli iki çinli astronavtla birlikdə “Shenzhou-24” kosmik gəmisi ilə orbitə çıxıb. Məlumata görə, raket yerli vaxtla saat 08:18-də Çinin Tsyütsüan Kosmik Mərkəzindən buraxılıb. Bildirilir ki, uçuşda Tang Honqbo gəminin komandiri, Vu Yi isə uçuş mühəndisi kimi fəaliyyət göstərib. 40 yaşlı Məhəmməd Zeşan Əli heyətdə yük mütəxəssisi vəzifəsini yerinə yetirib. Təxminən 3,5 saatlıq uçuşdan sonra kosmik gəmi Çinin “Tiangong” kosmik stansiyasına birləşib.
Keçmiş hərbi təyyarə pilotu olan Əli Çinin insanlı kosmik proqramı çərçivəsində orbitə göndərilən ilk əcnəbi astronavt kimi tarixə düşüb. O, həmçinin “Tiangong” stansiyasını ziyarət edən ilk xarici astronavt olub.