"Qalatasaray"ın İngiltərənin "Aston Villa" klubunu İstanbulda 1:0 hesabı ilə məğlub etməsi ilə Okan Buruk uğurlu statistikasını davam etdirib.
Metbuat.az “Haber Global”a istinadən xəbər verir ki, RAMS Parkda keçirilən qarşılaşmada Deniz Gül 77-ci dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb. Məlumata görə, bu nəticə İngiltərə klublarının İstanbul səfərlərindəki uğursuz seriyasını davam etdirib. Bildirilir ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk da İngiltərə təmsilçilərinə qarşı evdə məğlub olmayan seriyasını qoruyub. O, Avropa turnirlərində İngiltərə klubları ilə keçirdiyi 6 ev oyununda 5 qələbə və 1 heç-heçə əldə edib. Burukun son 4 qarşılaşmasının hamısı isə qələbə ilə başa çatıb.
"Aston Villa"nın baş məşqçisi Unai Emeri üçün də bu məğlubiyyət xüsusi əhəmiyyət daşıyıb. Belə ki, ispaniyalı mütəxəssis Türkiyə klublarına qarşı əvvəlki 8 matçda 7 qələbə və 1 heç-heçə qazanmışdı. “Qalatasaray”ın qələbəsi Emerinin 16 illik məğlubiyyətsizlik seriyasına son qoyub.
Foto: “Haber Global”