2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün 22 iş günü, 9 qeyri-iş günü olacaq.

Metbuat.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub.

Təqvimə əsasən, dekabr ayında 21 iş günü 8 saat, bir iş günü isə 7 saat hesablanıb. Beləliklə, aylıq iş vaxtı norması 175 saat təşkil edəcək.

Müqayisə üçün qeyd edək ki, oktyabr ayında iş vaxtı norması 176 saat olub. Beləliklə, dekabrda iş vaxtı norması oktyabr ayı ilə müqayisədə 1 saat azalacaq. Noyabr ayında isə bu göstərici 152 saat təşkil edib.

Qeyd edək ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olduğundan qeyri-iş günüdür.