"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Metbuat.az xəbər verir ki, təmsilçimiz V turda İspaniyanın "Barselona" komandası ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, "Sabah" klubu dörd turdan sonra 3 xalla 31-ci pillədə qərarlaşıb.

Matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.