Ermənistan TRIPP layihəsi çərçivəsində Sünik bölgəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlamağı planlaşdırır.

Metbuat.az xəbər verir ki, bunu Ermənistanın nəqliyyat və infrastruktur nazirinin müavini Vahan Kostanyan bildirib.

Onun sözlərinə görə, hazırda dəmir yolunun keçəcəyi ərazidə hazırlıq və təmizləmə işləri aparılır. Marşrut artıq müəyyənləşdirilib, tikintiyə başlamazdan əvvəl isə zəruri mühəndislik işləri həyata keçirilir.

Kostanyan qeyd edib ki, hökumət dəmir yolu ilə yanaşı, elektrik xətləri və avtomobil yollarının layihələndirilməsi üzrə də ilkin araşdırmalar sifariş edib. Araşdırmaların nəticələrinin yaxın aylarda əldə olunması gözlənilir.

Nazir müavini bildirib ki, infrastruktur layihələrinin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi xərcləri azaltmağa və işlərin təşkilini asanlaşdırmağa imkan verəcək.