Göyçayda axşam saatlarından başlayan güclü külək irigövdəli ağacı yola aşırıb.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə 22:00 radələrində Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Göyçay rayonunun İkinci-Ərəbcəbirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İntensiv əsməyə başlayan külək irigövdəli ağacı yolun hərəkət hissəsinə aşırıb.
Nəticədə magistral yolda nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb. İlkin verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və Göyçay Şəhər Təsərrüfat Birliyinin işçiləri cəlb olunub.