Beyləqanda sosial təminat hüququndan yararlanmaq istəyən veteranın pulu ələ keçirilib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, rayon sakini olan N.Kazımov müharibə veteranı olan tanışının bir müddətdir 6 500 manat pul vəsaiti topladığını öyrənib.

N.Kazımov zərərçəkənin ona inanacağına əmin olaraq həmin pulu ələ keçirmək üçün əlillik təqaüdü düzəldəcəyi barədə vəd verib. O, bu yolla zərərçəkəndən 6 400 manat maddi vəsait alsa da, vədinə əməl etməyib.

Beyləqan rayonunda polis tərəfindən keçirilən tədbirlə vətəndaşı aldadıb maddi vəsaitini mənimsəyən, əvvəllər də dələduzluqla əlaqəli cinayətə görə məhkum olunmuş N.Kazımov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.