Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 34 cinayətin açılması polis tərəfindən təmin olunub.
Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.