Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı kiçik tutumlu sərnişin avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində "Mercedes Vito"nun sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalaraq hadisə yerində həyatını itirib, bir nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.