Sənaye maşın və avadanlıqları üçün təhlükəsizlik tələbləri müəyyənləşdirilir.
Metbuat.az xəbər verir ki, bunu Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev media nümayəndələri üçün keçirilən “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda tədbirdə bildirib.
O bildirib ki, inşaat və sənayedə istifadə olunan maşın və avadanlıqlar, eləcə də yükqaldırıcı qurğular texniki reqlamentin tələblərinə uyğun olmalıdır.
"Reqlamentdə avadanlıqların istismarı, texniki xidməti və təmiri ilə bağlı təhlükəsizlik tələbləri əks olunub. Sənəddəki siyahı əsasında hansı məhsulun sertifikatlaşdırılmalı, hansının uyğunluğunun isə istehsalçı və ya idxalçı tərəfindən bəyan edilməli olduğu müəyyənləşdirilir".