Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, noyabrın 25-də polis tərəfindən paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz odlu silah və sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər keçirilib.
Tədbirlər nəticəsində 3 avtomat silahı, 2 tapança, 30 tüfəng, 17 patron darağı və 580 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Qanunsuz saxlanılan odlu silah və sursatın aşkar olunması, eləcə də onların qanunsuz dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir.