Kürdəmir rayonunda gün ərzində yağan güclü yağış şəhər ərazisində bir neçə küçəni su altında qoyub.

Metbuat.az xəbər verir ki, yağış suları həm piyadalar, həm də sürücülər üçün bir sıra çətinliklər yaradıb.

Çətinliklər əsasən rayonun Şəhriyar, Fuad Şirəliyev, Həsrət Hüseynov və digər küçələrində müşahidə olunub. Yağış suları yolları keçilməz vəziyyətə salıb.

Əraziyə aidiyyəti qurumun texnikası cəlb olunub və suların küçələrdən çəkilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.