Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullarla gömrük nəzarətindən gizlədilən, 750 əyar 79,27 qram qızıl və 57,779 karat brilyantdan hazırlanan ümumi dəyəri 166 min 610 manat təşkil edən iki ədəd boyunbağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.