Media və Yayım Şurası “Dünya TV” telekanalı barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Metbuat.az Bakupost.az-a istinadən xəbər verir ki, protokol “Reklam haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı hazırlanaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə telekanal inzibati məsuliyyətə cəlb olunub və cərimələnib.
Qeyd edək ki, “Dünya TV” daha əvvəl də qanunvericiliyin tələblərini pozduğuna görə sanksiyalarla üzləşib. Həmin hallarda telekanalın yayımı müvəqqəti dayandırılıb.