“Fənərbaxça”nın futbolçusu Arçi Braun Avropanın bir sıra klublarının diqqətini cəlb edib.

Metbuat.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano ingilis müdafiəçinin müqaviləsindəki sərbəstqalma məbləğini açıqlayıb. Onun sözlərinə görə, futbolçunun sözləşməsində 23 milyon avroluq sərbəstqalma bəndi var. Romano qış və yay transfer pəncərələrində bir çox klubun Braunla maraqlanacağını bildirib.

Qeyd edək ki, İngiltərəli müdafiəçi bu mövsüm “Fənərbaxça”nın heyətində 17 rəsmi oyuna çıxıb. O, həmin qarşılaşmalarda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Braun xüsusilə Çempionlar Liqasının seçmə mərhələsi və əsas mərhələsindəki qolları ilə diqqət çəkib. 23 yaşlı futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsi 2028-ci ildə yekunlaşır.