“Bavariya” klubu “Qalatasaray”ın hücumçusu Viktor Osimhenlə maraqlanır.
Metbuat.az xəbər verir ki, Harri Keynin zədələnməsindən sonra Almaniya təmsilçisi hücum xəttini gücləndirmək üçün axtarışlara başlayıb. Bildirilir ki, "Bavariya" klubu daha əvvəl Duşan Vlahoviçi transfer siyahısına daxil edib, indi isə Osimheni də alternativlər arasına əlavə edib. “Fotomaç”ın məlumatına görə, Almaniya nəhənginin qış transfer pəncərəsində nigeriyalı futbolçu üçün “Qalatasaray”la danışıqlara başlaya bilər.
Xəbərdə deyilir ki, Osimhenlə “Mançester Yunayted” və “Tottenhem” də maraqlanır. Məlumata görə, istanbulun ölçünün Osimhenin transferi üçün hər hansı qiymət müəyyənləşdirməyib və mövsümün sonunadək onu komandada saxlamaq istəyir.
Qeyd edək ki, bu mövsüm 11 rəsmi oyunda meydana çıxan Osimhen 10 qol vurub və 3 məhsuldar ötürmə edib.