VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədilə Misli Premyer Liqasının XIII turundan etibarən bəzi oyunlarda AVAR-2 hakiminin iştirakı nəzərdə tutulub.
Metbuat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.
Bu addım AFFA Hakimlər Komitəsinin Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi müraciət əsasında həyata keçiriləcək.
Qeyd edək ki, AVAR-2 hakiminin VAR otağında iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq, onun oyun epizodlarının qiymətləndirilməsi və qərarların qəbul edilməsində heç bir funksional rolu olmayacaq.
Cari turda AVAR-2 təyinatları:
"Neftçi" - "Zirə"
AVAR-2: Fəridə Lütfəliyeva
"Sabah" - "Araz-Naxçıvan"
AVAR-2: İslam Məmmədov
"Qarabağ" - "Sumqayıt"
AVAR-2: Niyaz Əhmədov