Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb. Beləki, hərəkətdə olan "Vaz-2107" markalı avtomobil digər minik maşını ilə toqquşub. Nəticədə isə bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hadisə yerinə DYPB-nin əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılır.