Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Qurumu Super Liqanın 4 klubunu cərimələyib.

Metbuat.az xəbər verir ki, bu barədə federasiya açıqlamaya yayıb. Məlumata görə, müxtəlif səbəblərdən “Kocaelispor” 1 milyon 200 min lirə, “Fənərbaxça” 1 milyon 150 min lirə, “Beşiktaş” isə 1 milyon 80 min lirə cərimə olunub. “Amed Sportif” klubuna isə 280 min lirə məbləğində cərimə tətbiq edilib.

Qeyd edək ki, qərarlar müxtəlif intizam pozuntuları ilə əlaqədar qəbul edilib.