“Beşiktaş”ın Batumidə keçirdiyi UEFA Avropa Liqası matçında baş verən hadisələrlə bağlı Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandia Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “TRT Haber” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, görüş zamanı matçda baş verən hadisələrlə bağlı Türkiyənin etirazı Gürcüstan tərəfinə çatdırılıb və müxtəlif sübutlar təqdim olunub.

Həmçinin hadisələrin bütün tərəfləri ilə araşdırılması, Türkiyə vətəndaşlarına qarşı qeyri-mütənasib güc tətbiq edən və müdaxiləyə görə məsuliyyət daşıyan şəxslər barəsində zəruri hüquqi tədbirlərin görülməsi tələb edilib.