Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Beşiktaş” - “Hapoel” matçında yaşanan insidentlə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, polisin təxribatlara baxmayaraq ictimai asayişi qorumaq üçün əlindən gələni etdiyini bildirib. Baş nazir hadisələr zamanı polis əməkdaşlarının xüsusi təşəkkürə layiq olduğunu vurğulayıb. Kobaxidzenin sözlərinə görə, Türkiyədən gələn azarkeşlərin əksəriyyəti Gürcüstan tərəfinin təklifini qəbul edib. O, matçın Gürcüstanda keçirilməsinə şərait yaradılmasını iki ölkə arasındakı dostluğun göstəricisi adlandırıb.

Baş nazir, həmçinin hadisədən siyasi məqsədlərlə istifadə etməyə çalışanları tənqid edib və Gürcüstandakı radikalları təxribatçı bəyanatlardan çəkinməyə çağırıb.