Naxçıvan Muxtar Respublikasının Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.
“Changan” və “AZSamand” markalı avtomobillərin toqquşması nəticəsində beş nəfər xəsarət alıb.
Qəza zamanı xəsarət alan 1982-ci il təvəllüdlü Mehman Qənbərov, 1988-ci il təvəllüdlü Anar Məmmədov, 1988-ci il təvəllüdlü Seyhun Şirinov, 1991-ci il təvəllüdlü Nərmin Qənbərzadə və 1990-cı il təvəllüdlü Nuranə Qənbərova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Mustafa Həsənov məlumat verib ki, hazırda xəsarət alanların vəziyyəti kafidir. Onların müalicə və müayinələri xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.