Fransanın nüfuzlu xəbər agentliyi “Agence France-Presse” (AFP) kiberhücumun hədəfinə çevrilib.
Metbuat.az xəbər verir ki, bu barədə agentliyin yaydığı rəsmi məlumatda bildirilib.
Məlumata görə, hücum AFP-nin müştərilərin xəbər materiallarını izləməsi və yükləməsi üçün nəzərdə tutulan “AFP Forum” platformasına yönəlib.
İcazəsiz giriş cəhdi aşkar edildikdən sonra agentliyin kibertəhlükəsizlik mütəxəssisləri dərhal müdaxilə edərək platformanı təcrid ediblər. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisənin bütün detalları araşdırılanadək resursa giriş müvəqqəti dayandırılıb.
AFP hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib. Hazırda hücumu kimin təşkil etdiyi və arxasında hansı şəxslərin və ya qrupların dayandığı məlum deyil.